Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” heyətində təmizləmə işləri aparmaqda davam edir. Matc.az xəbər verir ki, Bakı klubu daha bir futbolçusunu göndərib.

Belə ki, sol cinah müdafiəçisi Fəxri Məmmədli karyerasını “Şamaxı”da davam etdirəcək. 19 yaşlı oyunçu Premyer Liqaya qayıdan bölgə təmsilçisinə bir mövsümlük icarəyə verilib.

Qeyd edək ki, “Sabah” daha əvvəl Davit Volkov, Kristian Sebalyos, Rauf Rüstəmli, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh və Veysəl Rzayevlə yollarını ayırıb. Onlardan Rauf Rüstəmli də “Şamaxı”ya icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest