Braziliyalı futbolçu Filipe Koutinyo ölkəsinə qayıdıb. Matc.az xəbər verir ki, o, karyerasını "Vasko da Qama" klubunda davam etdirəcək.

Belə ki, transfer hüququ “Aston Villa”ya məxsus olan 32 yaşlı yarımmüdafiəçi yenidən icarəyə verilib. Ötən mövsümü icarə əsasında Qətər təmsilçisi "Əl-Duhail"də keçirən “sambaçı” indi eyni qaydada “Vasko da Qama”nın formasını geyinəcək.

Qeyd edək ki, Koutinyo məhz "Vasko da Qama"nın yetirməsidi. O, karyerası ərzində “İnter”, “Espanyol”, “Liverpul”, “Barselona” və “Bavariya” kimi klublarda da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest