11 İyul 2024, 11:36
FUTBOL
Krivotsyuk meydana start heyətdə çıxıb və oyunu əvəzlənmədən keçirib.
Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyuk formasını geyindiyi “Daejeon” klubunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, onun komandası “Seul”la qarşılaşıb.
Görüş Cənubi Koreya çempionatının 22-ci turu çərçivəsində baş tutub. Qarşılaşma Antonun komandasının məğlubiyyəti ilə nəticələnib - 1:2.
Krivotsyuk meydana start heyətdə çıxıb və oyunu əvəzlənmədən keçirib. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hesabında 19 xal olan “Daejeon” hazırda turnir cədvəlində 12-cidi.