“Real” bir sıra futbolçuların nömrələrini dəyişdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun rəsmi saytı paylaşıb.

Komandaya yeni gələn Kilian Mbappe 9 nömrə altında çıxış edəcək. Daha əvvəl 12 nömrəli formanı geyinən Eduardo Kamavinqa indi 6 nömrə altında çıxış edəcək. Federiko Valverdeyə 8, Orelyen Tçouameni isə 14 nömrəni forma verilib. Arda Gülər ​​15, Xesus Valyexo isə 18 nömrə ilə çıxış edəcəklər.

Qeyd olunur ki, “Real” sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş köynəklərin satışına başlayacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest