Portuqaliyalı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Yeni mövsüm üçün heyətini komplektləşdirməklə məşğul olan “Kəpəz” daha bir futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, Gəncə klubu qapı xəttinə yeni oyunçu cəlb edib.

Transfer çalışmalarını davam etdirən Qərb klubu Paulo Rojerio Veyqa dos Santosu rənglərinə bağlayıb. Portuqaliyalı qolkiperlə 1 illik müqavilə imzalanıb. 25 yaşlı çərçivə qoruyucusunun son klubu ölkəsinin aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub.

Qeyd edək ki, Rojerio "Braqa" akademiyasının yetirməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest