“İnter Mayami”nin 8 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Matc.az xəbər verir ki, Florida klubu MLS çərçivəsində evdə “Atlanta Yunayted”ə 1:3 hesabı ilə uduzub.

Argentinalı Lionel Messi isə 3 görüşün ardından “İnter Mayami”nin heyətində fərqlənməyi bacarıb və o, cari mövsüm ilk yenilgisini alıb.

Messi cari mövsüm bütün turnirlərdə 14 oyununda 13 qol vurub, 11 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest