UEFA Avropa Superliqa təşkilatçılarının iddiasının qismən təmin olunmasına münasibət bildirib. Matc.az xəbər verir ki, daha əvvəl Madrid məhkəməsi UEFA və FİFA-nın rəqabətə zidd davranışlarını dayandırmalı olduğunu açıqlamışdı.

Qitə futbol qurumu Madrid məhkəməsinin qərarını nəzərə aldığını vurğulayıb: “UEFA böyük məmnuniyyətlə qeyd edir ki, hakim yarışların üçüncü şəxslər tərəfindən qaydalara uyğun olaraq əvvəlcədən icazə verilməsi sisteminin etibarlılığını təsdiqləyib və onun futbolun idman strukturu üçün şübhəsiz faydalarını etiraf edib. Məhkəmə həmçinin təsdiqləyib ki, bu qərar UEFA-nın 2022-ci ilin iyununda qəbul edilmiş icazə qaydalarının hazırkı versiyasına təsir etmir”.

Əlavə olunub ki, məhkəmə Superliqa kimi layihələrə yaşıl işıq yandırmayıb və onları təsdiqləməyib: “Əslində, hakim Superliqa layihəsindən çoxdan imtina edildiyini və onun hər hansı mücərrəd layihə ilə bağlı qərar verməsini gözləmək olmazdı. Buna görə də, məhkəmənin qərarı üçüncü şəxslərə icazəsiz turnirlər hazırlamaq hüququ vermir və gələcək layihələrə və ya mövcud layihələrin dəyişdirilmiş versiyalarına təsir göstərmir. İstənilən halda UEFA hər hansı əlavə tədbirin olub-olmaması barədə qərar verməzdən əvvəl qərarı öyrənmək üçün vaxt ayıracaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest