28 May 2024, 12:48
FUTBOL
"Real"ın futbolçusu Luka Modriç açıqlama verib. Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi komandadakı gələcəyi haqda danışıb.
Modriç “Real”dakı gələcəyi ilə bağlı qərar verildiyini, lakin hələlik bunu açıqlamaq istəmədiyini bildirib: “Mən həmişə demişəm ki, karyeramı “Real"da başa vurmaq istəyirəm. Bu, arzumdu. “Real” mənim evim, həyatımın klubudu”.
Modriç karyerasını bitirəmn Toni Kroos kimi futbolla "Real"da vidalaşmaq istədiyini vurğulayıb.