Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının “Yurqorden”dəki taleyinə tam aydınlıq gəlib. Matc.az xəbər verir ki, İsveç klubu 22 yaşlı futbolçu ilə bağlı qəti qərar verib.

İsveç mətbuatında bununla bağlı məlumat dərc olunub. Qeyd edilib ki, klub rəsmisi ilə Qurbanlı arasında görüş keçirilib. “Yurqorden”in idman direktoru Bosse Andersson həmyerlimizlə danışıb və baş məşqçinin onu komandasında görmək istəmədiyini bildirib. Bu səbəbdən Qurbanlının klubla 2026-cı ilin yayına qədər sözləşməsi olsa belə, onunla yolların vaxtından əvvəl ayrılmasına qərar verilib.

Stokholm təmsilçisi Qurbanlıya gələcək təklifləri gözləyir. İsveçlilər ən sərfəli təklifə “hə” cavabı verəcəklər.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”ə ötən ilin yayında “Qarabağ”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest