ABŞ-ın “Los-Anceles” klubunun hücumçusu Olivye Jiru millidəki karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, təcrübəli futbolçu Fransa yığması ilə vidalaşacağı vaxtı açıqlayıb.

37 yaşlı forvard Avro-2024-ün onun üçün millidə sonuncu turnir olacağını bildirib. O, açıqlamasında yığma üçün darıxacağını etiraf etsə də, gənclərə yol açmağın lazım olduğunu da dilə gətirib.

Jiru 2011-ci ildən Fransa yığmasının şərəfini qoruyur. O, millinin heyətində 131 oyun keçirib, 57 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest