“Araz-Naxçıvan” klubunu tərk edəcək ilk əcnəbinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki,  Bosniya və herseqovinalı qapıçı Semir Bukviçlə yollar ayrılacaq. Onunla ötən il bağlanmış bir illik müqavilənin müddəti uzadılmayacaq.

Bukviç Premyer Liqanın ilk turunun “Turan Tovuz”la görüşündə kobud səhvlərlə yadda qalmışdı. O, çempionatımızda bir, ölkə kubokunda iki oyunda meydana çıxıb.

Əvəzində isə “Araz-Naxçıvan” “Turan Tovuz”dan Tərlan Əhmədovu transfer etməyə hazırlaşır.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest