İstanbul klubu 24 yaşlı hücumçudan əl çəkmir. Saldanya da karyerasını Türkiyədə davam etdirmək istəyir. Bildirilir ki, “sambaçı” Superliqanın “Qalatasaray” - “Fənərbaxça” (0:1) matçını tribunadan izləyib. Onun səfər zamanı “Fənərbaxça” rəsmiləri ilə danışıq apardıqları qeyd olunub.

“Neftçi”nin formasını geyinmiş Mateus Saldanya karyerasını Türkiyədə davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, hazırda “Partizan”da çıxış edən braziliyalı futbolçunun “Fənərbaxça”ya keçmək variantı yenidən gündəmə gəlib.

İstanbul klubu 24 yaşlı hücumçudan əl çəkmir. Saldanya da karyerasını Türkiyədə davam etdirmək istəyir. Bildirilir ki, “sambaçı” Superliqanın “Qalatasaray” - “Fənərbaxça” (0:1) matçını tribunadan izləyib. Onun səfər zamanı “Fənərbaxça” rəsmiləri ilə danışıq apardıqları qeyd olunub.

“Partizan” rəhbərliyi “Seltik”in də xidmətində maraqlı olduğu Saldanyanı satmağa qarşı deyil. Sadəcə, bunun üçün Mateusu heyətinə qatmaq istəyən klub 15 milyon avrosundan keçməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest