“Ayaks” klubunu kimin çalışdıracağına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Niderland təmsilçisi italiyalı məşqçi ilə anlaşıb.

Belə ki, Amsterdam klubu Françesko Farioli ilə müqavilə imzalayıb. 35 yaşlı mütəxəssislə qarşıdakı 3 ildə “Ayaks”ı çalışdıracaq.

Fariolinin sonuncu iş yeri “Nitsa” olub. O, Fransa klubundan əvvəl Türkiyənin “Alanyaspor” və “Fatih Karagümrük” komandalarına da rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest