24 May 2024, 00:05
FUTBOL
İstanbul təmsilçisi tarixində 11-ci dəfə Türkiyə Kubokunun qalibi olub
Futbol üzrə Türkiyə Kubokunun qalibi müəyyənləşib.
Matc.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutan final oyununda "Beşiktaş" və "Trabzonspor" üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada İstanbul təmsilçisi qələbəyə sevinən tərəf olub – 3:2.
Bununla da, “Beşiktaş” tarixində 11-ci dəfə Türkiyə Kubokunun qalibi olub.