Birillik fasilədən sonra Premyer Liqaya qayıdan “Şamaxı” artıq hazırlıqlara başlayıb. Matc.az saytının əldə etdiyi məlumata görə, komanda daxilində dəyişikliklərin kifayət qədər çox olması gözlənilir.

Hər halda I Liqa ilə Premyer Liqada rəqabət eyni səviyyədə olmur. Klub rəhbərliyi də bunu yaxşı başa düşür və baş məşqçidən tutmuş, futbolçu heyətinə qədər köklü islahatlar planlaşdırır.

Ramiz Məmmədov komandanı elitaya çıxarsa da, məhz onun da qalıb-qalmayacağı sual altındadı. Çünki mütəxəssisin fəaliyyəti heç də qənaətbəxş hesab olunmur. Başda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov olmaqla, rəhbərlik 55 yaşlı çalışdırıcıdan narazıdır. Buna səbəb tərəflər arasında münasibətlərin soyumasıdı.

İlk variant yay fasiləsində Ramiz Məmmədovla yolları ayırıb, komandanı daha uğurlu mütəxəssisə həvalə etməkdi. Ancaq siyahıdakı məşqçilərlə danışıqlar uğursuz nəticələnsə, Məmmədov növbəti mövsümün ilk yarısında sükan arxasında qala biləcək.

Qeyd edək ki, “Şamaxı” I Liqada başa çatan 2023-24 mövsümündə 57 xalla birinci yeri tutub və Premyer Liqaya qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest