Yeni vərəqə başından zədə almış oyunçu əvəzləndiyi zaman istifadə olunacaq. Belə dəyişiklik olduğunda hər iki komandanın əlavə, altıncı əvəzetmə hüququ yaranacaq.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) qarşıdan gələn Amerika Kubokunda reqlamentə dəyişiklik ediləcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, hakimlər çəhrayı vərəqədən istifadə edəcəklər.

Yeni vərəqə başından zədə almış oyunçu əvəzləndiyi zaman istifadə olunacaq. Belə dəyişiklik olduğunda hər iki komandanın əlavə, altıncı əvəzetmə hüququ yaranacaq.

Çəhrayı vərəqə görüşün baş hakimində deyil, dördüncü hakimdə və ya matçın hakim-inspektorunda olacaq.

Qeyd edək ki, 2024-cü il Amerika Kuboku iyunun 21-dən iyulun 15-dək keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest