"Milan"ın və Fransa millisinin 28 yaşlı qapıçısı Mayk Menyan AVRO-2024-dən kənarda qala bilər.

Matc.az xəbər verir ki, fransalı futbolçunun sol əlinin kiçik barmağında çıxıq təsbit edilib.

İlkin testlərin nəticəsinə görə sınıq ehtimalı istisna edilib. Növbəti müayinələrdə Menyanın vəziyyətinə aydınlıq gələcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest