İspaniyalı məşqçi Xulen Lopeteqinin işsiz günləri başa çatıb. Matc.az xəbər verir ki, 57 yaşlı çalışdırıcı İngiltərə klubu ilə anlaşıb.

Lopeteqi "Vest Hem" klubunun yeni baş məşqçisi təyin edilib. O, bu posta Devis Moyesin yerinə gətirilib.

Qeyd edək ki, məşqçilik fəaliyyətinə 2003-cü ildə başlayan Lopeteqi buvaxtadək “Rayo Valyekano”, “Porto”, “Real”, “Sevilya” və “Vulverhempton” klublarını, həmçinin İspaniyanın əsas, U-21, U-20 və U-19 yığmalarını çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest