Komanda mayın 27-də bir araya gələcək və həmin gün Ərzincana yollanacaq. Türkiyədəki qarşılaşmanın ardından isə vətənə dönəcək millimiz Bakıdakı qarşılaşmanın hazırlığını görəcək.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, qarşıdakı rəsmi görüşlər üçün yığmaya 23 futbolçu çağırılıb.

Komanda mayın 27-də bir araya gələcək və həmin gün Ərzincana yollanacaq. Türkiyədəki qarşılaşmanın ardından isə vətənə dönəcək millimiz Bakıdakı qarşılaşmanın hazırlığını görəcək.

Millinin heyəti: Günay İsmayılova, Aysun Əliyeva, Manə Mollayeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Milana Rəhimova (hamısı “Neftçi”), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Yeliz Acar, Peritan Bozdağ (hər ikisi “Fatih Vətən”, Türkiyə), Kristina Bakarandze, Nazlıcan Parlak (hər ikisi “Qalatasaray”, Türkiyə), Fidan Cəfərova (“Baku Juniors”), Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Eregli Spor”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Ayşən Əhmədova (PAOK, Yunanıstan), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyi Spor”, Türkiyə), Esra Manya (“Beşiktaş”, Türkiyə), Sevinc Cəfərzadə (“Eastern Flames”, Səudiyyə Ərəbistan), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan).

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında oyunlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest