23 May 2024, 09:30
FUTBOL
Qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir. Matc.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən məşğələlərə bu dəfə də yerli təlimatçılar rəhbərlik edirlər.
Bunlar Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və Amil Ağacanovdu.
Qeyd edək ki, məşqçi kursunun birinci mərhələsi martda reallaşıb.