“Latsio”nun sabiq baş məşqçisi Mauritsio Sarri karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 65 yaşlı mütəxəssis “Sevilya”nın maraq dairəsinə düşüb.

La Liqa təmsilçisi italiyalı mütəxəssisə 3 illik müqavilə təklif edib. Sarri özü də bu təyinatın əleyhinə deyil. Lakin o, istədiyi oyunçular transfer olunacağı təqdirdə, komandanın sükanı arxasına keçə biləcəyini söyləyib.

Mauritsio Sarri “Sevilya” ilə anlaşsa, karyerasında ilk dəfə İspaniyada çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest