Kilian Mbappe PSJ-də vida yeməyi verəcək. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü ölkə prezidenti Emmanuel Makronu da mərasimə dəvət edib.

Ulduz futbolçu mövsümün sonunda Paris klubu ilə yollarını ayıracaq. Gecənin qonaqları sırasında prezidentlə yanaşı, daha 250 nəfər olacaq. Qonaqlar arasında Kilianın komanda yoldaşları və digər futbolçular, ailələri, dostları və qohumları, eyni zamanda PSJ-nin işçiləri yer alacaq.

Şəxsi tədbir Parisin mərkəzində, Eyfel qülləsinə baxan restoranda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest