Futbol üzrə yığma komandamızın gələn ay keçirəcəyi yoldaşlıq matçlarının hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, Albaniya və Qazaxıstanla Macarıstanda baş tutacaq oyunlarda macar referilər iş başında olacaqlar.

İyunun 7-də Albaniya ilə nəzərdə tutulan qarşılaşmada 33 yaşlı Mihali Kaprali ədaləti qoruyacaq. İştvan Albert və Qerqo Viq-Tarsonyi köməkçi hakim, İştvan Vad isə dördüncü hakim olaraq təyinat alıb. “Haladas SportKomplexum” stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İyunun 11-də Qazaxıstanla baş tutacaq görüşdə baş hakim funksiyasını Bense Şonka icra edəcək. Ona Teodoros Georgiou və Balaj Şalai kömək edəcəklər. Dördüncü hakim missiyası isə Reka Molnara həvalə olunub. Bu oyun da “Haladas SportKomplexum” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest