Tomas Tuxel iyunun sonunda “Bavariya”nın baş məşqçisi postunu tərk edəcək. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssisin ayrılması Almaniya klubuna baha başa gələcək.

Çünki Tuxel istefa verməyib, rəhbərlik tərəfindən postundan uzaqlaşdırılır. Lakin münhenlilər 2025-ci ilin yayına qədər olan müqavilənin ləğvinə görə, 50 yaşlı çalışdırıcıya təzminat olaraq 10 milyon avro ödəyəcək.

Qeyd edək ki, Tomas Tuxel ötən il “Bavariya”nın sükanı arxasına gətirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest