Azərbaycan yığmasının futbolçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, adıçəkilən kollektiv İsveç çempionatında 10-cu turu çərçivəsində öz meydanında "Halmstad" ilə qarşılaşıb.

Qarşılaşma "Yurqorden"in qələbəsi ilə başa çatıb - 2:0. Musa oyunun iştirakçısı olmayıb. Onun adı yenə matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, hazırda hesabında 22 xal olan “Yurqorden” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest