Milli komandamızın futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, gənc müdafiəçinin çıxış etdiyi “Arda” XXXIV tur çərçivəsində öz meydanında “CSKA 1948 Sofia” ilə üz-üzə gəlib.

Tərəflərin cəhlərinə baxmayaraq, matçda qalib müəyyənləşməyib. Oyun qolsuz bərabərliklə nəticələnib.

Cəlal da bu qarşılaşmada iştirak edib. O, start heyətində yer alıb, 61-ci dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, hazırda aktivində 45 xal olan “Arda” turnir cədvəlində 8-cidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest