“Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasında pley-offa qədər yolu açılıb. Matc.az xəbər verir ki, buna turnirin iştirakçılarının bir-bir müəyyənləşməsi ilə aydınlıq gəlib.

Məsələ burasındadı ki, hesabında 33,000 reytinq əmsalı olan Qurban Qurbanovun yetirmələri ilk iki təsnifat mərhələsində olduğu kimi, III raundda da püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.

Yəni Ağdam təmsilçisi ilk iki rəqibini üstələsə, növbəti mərhələdə də güclülərin sırasında qərarlaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 22-də atılacaq. Bu raundun oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest