2024/25 mövsümündə I və II Liqada çıxış etmək uğrunda pley-off oyunları keçiriləcək. Matc.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

2024/25 mövsümündə I və II Liqada çıxış etmək uğrunda pley-off oyunları keçiriləcək. Matc.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş komanda üz-üzə gələcək. Qalib gələn tərəf I Liqada çıxış etmək hüququna yiyələnəcək.

Cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-offda üz-üzə gələcək. Üstün tərəf II Liqada oynamaq hüququ əldə edəcək.

Bununla əlaqədar mayın 25-i saat 15:00-da AFFA-nın inzibati binasında (Peşəkar Futbol Liqasında) iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə ediləcək.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 4 iyun

II Liqa və region liqası

İlk oyun: 29 may

Cavab oyunu: 5 iyun

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest