Avrokuboklara vəsiqə qazanmaq şansını saxlayan “Sumqayıt” ölkə çempionatının sonuncu - XXXVI turunda “Qəbələ”ni qəbul edəcək. Matc.az xəbər verir ki, “kimyaçılar” görüşün çox vacib olduğunu nəzərə alaraq, azarkeşləri sevindirəcək qərar qəbul ediblər.

Belə ki, klub tərəfindən “Açıq qapı” elan olunub. Bu isə o deməkdi ki, azarkeşlər “Sumqayıt” – “Qəbələ” qarşılaşmasına biletsiz baxa biləcəklər.

Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest