19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq turnirinə qatılacaq. Matc.az xəbər verir ki, iyunun 3-dən 11-dək davam edəcək turnir Moldovanın Tiraspol şəhərində baş tutacaq.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq turnirinə qatılacaq. Matc.az xəbər verir ki, iyunun 3-dən 11-dək davam edəcək turnir Moldovanın Tiraspol şəhərində baş tutacaq.

Komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və Moldova yığmaları olacaq. U-19 millimiz Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda üz-üzə gələcək.

Millimiz turnirdən daha tez bir araya gələcək. Belə ki, heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimizin oyunlarının təqvimi:

4 iyun

20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest