“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Ronald Arauxonun yaydan klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu istəmədiyini gizlətməyib.

Xavi Uruqvay millisinin üzvünü komandanın aparıcı simalarından biri hesab edir: “Mən daim Ronaldla söhbət edirəm. O çox yaxşı bilir ki, haqqında müsbət düşünürəm. Mənim tərəfimdən Arauxonun gələcəyinə heç bir şübhə yoxdu. Müdafiəçimiz nə istədiyimi bilir və “Barselona”da xoşbəxtdi”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Ronald Arauxo 2019-cu ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest