“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri dünya rekordunu qırıb. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu məğlubiyyətsiz oyunlar seriyasını 74-ə çatdıraraq buna nail olub.
O, italiyalı Paolo Maldini və Demetrio Albertini 1993-cü ildəki 73 məğlubiyyətsiz matç rekordunu yeniləyib.
Ancaq Rodri İngiltərə çempionatında ən uzun məğlubiyyətsizlik seriyası rekordunu hələ qırmayıb. Bu baxımdan rekord 2002 və 2004-cü illər aralığında “Arsenal”ın heyətində 56 liqa qarşılaşmasında uduzmayan Sol Kempbellə məxsusdu.
Rodri 2023-24 mövsümünü 50-ci məğlubiyyətsizliklə başa vuraraq, liqa tarixində bu göstərciyə çatan ikinci oyunçu olub. Kempbellin rekordunu isə növbəti mövsüm qıra bilər.
1. Sol Kempbell (“Arsenal”) – 56
2. Rodri (“Mançester Siti”) – 50
3. Kolo Ture (“Arsenal”) – 48
4. Tyerri Anri (“Arsenal”) – 48
5. Yens Lemann (“Arsenal”) – 47
6. Rikardo Karvalyo (“Çelsi”) – 47
7. Loren (“Arsenal”) – 46
8. Joel Matip (“Liverpul”) – 46
9. Rober Pires (“Arsenal”) – 45
10. Gilberto Silva (“Arsenal”) – 45
11. Freddi Yunberq (“Arsenal”) – 44
12. Patrik Vieyra (“Arsenal”) – 44
13. Endi Robertson (“Liverpul”) – 44
14. Vircil van Deyk (“Liverpul”) – 44