Braziliya millisinin qapıçısı Ederson Amerika Kubokunu buraxacaq, Matc.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Məsələ burasındadı ki, “Tottenhem”lə oyundan (2:0) sonra qapıçıya sağ ayağında sınıq diaqnozu qoyulub. Bu üzdən o, turnirdə iştirak edə bilməyəcək. Edersonun yerini “San Paulo”nun qapıçısı Rafael tutacaq.

Qeyd edək ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest