AFFA Region Liqasında III yer uğrunda oyun keçirilib. Matc.az xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları qarşılaşıb.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” bürünc mükafata yiyələnib. Medalları komandaya veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” komandaları arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest