Pep Qvardiola İngiltərə Premyer Liqasında qələbələrin sayına görə yalnız Aleks Ferqyusondan geri qalır. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Mançester Siti”nin sükanı arxasında altıncı çempionluğunu qazanıb.

Qvardiola bu göstəriciyə görə Bob Peysli (“Liverpul”) və Corc Remsiyə (“Aston Villa”) çatıb. Ancaq onun Ferqyusona çatması real görünmür. Çünki şotlandiyalı mütəxəssis “Mançester Yunayted”lə 13 dəfə mövsümü zirvədə tamamlayıb.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest