“Real” İspaniya La Liqasında ən uzun məğlubiyyətsizlik seriyasına görə klub rekordunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, Madrid təmsilçisi ölkə çempionatının son 31 oyununda uduzmamaqla bunu reallaşdırıb.

Karlo Ançelottinin yetirmələri sonuncu dəfə sentyabrın 24-də, VI tur çərçivəsində “Atletiko”ya (1:3) uduzmuşdu. Həmin vaxtdan bəri çempion 24 qələbə qazanıb, 7 dəfə heç-heçə edib.

“Real” 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər olan 30 oyunluq məğlubiyyətsizlik rekordunu yeniləyib.

“Kral klubu” son tur öncəsi aktivinə 94 xal yazdırıb. Bu isə son 12 ilin ən yüksək göstəricisidi. Komanda 2011-12 mövsümündə mövsümü 100 xalla tamamlamışdı.

Qeyd edək ki, “Real” axırıncı turda mayın 25-də “Betis”i qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest