“Mançester Yunayted” İngiltərə Premyer Liqası tarixində antirekordla yadda qalıb. Matc.az xəbər verir ki, komanda 2023-24 mövsümünü 8-ci pillədə başa vuraraq bunu reallaşdırıb.

Erik ten Haqın kollektivi mövsümü 60 xalla başa vurub. Buna qədər ən uğursuz göstərici 2013-14 mövsümündə David Moyesin rəhbərliyi altında olmuşdu. Həmin vaxt “qırmızı şeytanlar” 7-ci yeri tutmuşdular.

“Mançester Yunayted” mövsüm ərzində 57 qol vurub, 58-ni buraxıb. Komanda sonuncu dəfə 1989-90 mövsümünü mənfi göstərici ilə tamamlamışdı. “Mankunianlar”ın 2021-22 mövsümündə qol göstəricisi bərabər olub – 57:57.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest