Bu mövsüm "Arsenal"da əsas heyətə düşə bilməyən Eron Ramzdeyl komandanı tərk edəcək.

Matc.az xəbər verir ki, 26 yaşlı qolkiper karyerasının davamı üçün yeni klubla analaşıb. Ramzdeyl İngiltərədən kənara çıxmamağı daha məqbul hesab edib. Belə ki, futbolçu karyerasını Premyer Liqanın başqa klubunda, "Nyukasl"da davam etdirəcək. "Sağsağanlar" qolkiper üçün London klubuna 18 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda qapısında 12 qol görüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest