19 May 2024, 11:30
FUTBOL
Türkiyə Superliqasının 37-ci həftəsində “Qalatasaray” doğma meydanda “Fənərbaxça”nı qəbul edəcək.
Matc.az xəbər verir ki, İstanbul derbisində sona bir tur qalmış çempion müəyyənləşə bilər. Belə ki, “sarı-qırmızılılar”a çempionluğu təmin etmək üçün heç-heçə kifayət edir.
Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlinə 99 xalla liderlik edir, "Fənərbaxça" isə 93 xalla 2-ci sırada qərarlaşıb.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunda ədaləti Arda Kardeşler təmin edəcək.