18 May 2024, 10:09
FUTBOL
Argentinalı futbolçu Mateo Apolonio "Deportivo Riestra" klubunda 14 yaşlında debüt edib.
Matc.az xəbər verir ki, Mateo Argentina kubokunun 1/8 final mərhələsində "Nyuells Old Boyz"la oyunun 84-cü dəqiqəsində meydana daxil olub. Bununla da o, Dieqo Maradona və Serxio Aqueronun rekordunu yeniləyib.
Xatırladaq ki, Dieqo Maradona 16 yaşına 10 gün qalmış "Argentinos Juniors"da, Serxio Aquero isə 15 yaş 35 günlük olarkən "İndependiente"də debüt edib.