"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, Qurbanovun bəzi açıqlamaları maraq doğurub.

– Futbolçularımı təbrik edirəm. Rəqib yaxşı performans göstərdilər. Azarkeşlərə təşəkkür edirəm ki, soyuqda matçı izlədilər.

– Bizim baş məşqçilər xarici səfərlərə gedir. Bu gün Azərbaycanda bir nömrəli məşqçi sizsiniz. Maraqlıdır, kimlərsə xaricdən sizin yanınızda təcrübə keçmək istəyən olub?

– Xaricdən gələnlər olub. Rusiya, Qazaxıstan, Polşa və s. Klub olaraq buna sevindik. Biz də gedirik xaricdən öyrənirik. Bizimlə də belə görüşlər keçirəndə şad oluruq. Kim nə vaxt gəlmək istəsə, qapımız onlara açıqdır. Amma özüm də axtarışdayam. Kənardan başqaları fikir bildirsə, daha yaxşı olar.

– AFFA İK-nın iclasından sonra infrastruktur problemindən söz açmışdınız. İnfrasturukturu formalaşdırmaq üçün nə qədər müddət lazımdır?

– Vaxt demək düzgün çıxmaz. Amma klublarımız böyüsə, stabil sponsorlar olsa, çox vaxt lazım deyil. Bizim bazamızın hazır vəziyyətə gəlməsinə maksimum 2 il müddət getdi. Yaxşı istək olsa və başa düşərək işə yanaşsan, vaxt çox getməz. Futbolun inkişafı üçün birinci amil infrasturuktur olmalıdır.

– Mayın 5-də klubun sosial mediasında paylaşım olmuşdu. “Tezliklə” başlığı qeyd olunurdu. Bu barədə müxtəlif müzakirələr getdi. İddialar var ki, yeni müqavilə imzalamısınız. “Qarabağ”la müqaviləniz bitib?

– Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur.

– Portuqaliya mətbuatı Andredeyə təklif olduğunu yazmışdı.

– Belə məlumat yoxdur.

– Legionerlərin daha yüksək liqaya getmək istəyənlər var?

– Qərar vermək asandır. Çox hissəsinin müqaviləsi var. Hansı oyunçu klubdan getmək istəsə, mütləq qarşılıqlı razılıq olmalıdır. Bu, mənim üçün asan olan tərəfdir. Hazırda hər hansı futbolçu ilə danışıq olmayıb. Hamı bu komandaya hörmətlə yanaşır. Ola bilər kimlərləsə, danışıq olsun. Çalışacağıq ki, klub üçün fatdalı olsun.

– Son iki turda əsas oyunlarda VAR hakimləri əcnəbi olacaq. Buna ehtiyac var idi?

– Bunu heç xoş qarşılamadım. Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə yaxşı olar. Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu yaxşıdır. Demək güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək çempionat üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır.

– Bu işdə hakimlər günahkardılar?

– Bəli, daha çox aktiv olmalıdırlar.

– “Bayer”ə qələbələr arzu etmişdiniz…

– Hər arzum belə həyata keçsəydi… Hər oyundan əvvəl rəqibə uğur arzulayırıq. Bu gün də rəqiblərimizə uğurlar. Belə hallar olur. Amma onlar sanki çempionluğa layiqirlər. Öz işləri ilə məşğul olurlar. Hamısı istəkli, sadə, bacarıqlı və işgüzardır. Elə komandalar var ki, onlara qalibiyyət yaraşır. Finalda da onlara azarkeşlik edəcəyik.

– Danışıq apardığınız futbolçular var?

– Demək olar ki, hər mövqedə olan oyunçulara baxış keçiririk. Bəzən elə matereal əldə edirsən ki, ona yox deyə bilmirsən. Həm müdafiə, yarımmüdafiə və hücum xəttinə axtarış gedir. Hər zaman olduğu kimi indi də çətindir. Əsas kollektivi qoruyub saxlamaqdır. Bundan sonra bir neçə oyunçu heyətimizə qatmaq istərdik.

(futbolpress.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest