"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 35-ci turunda "Qarabağ"a son dəqiqələrdə 3:4 hesabı ilə məğub olduqları oyundan sonra mətbuat konfransı keçirib.

Matc.az xəbər veri ki, Tovuz təmsilçinin baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb.

“Bu gün xal qazanmaq istəyirdik, buna da köklənmişdik. Rəqib “Qarabağ idi və çətin rəqib idi. Birinci hissədə iki qol epizodunu dəyərləndirə bilmədik, buna təəssüfləndik. Amma ikinci hissəyə yaxşı başladıq, qollar vurduq. Geri dönüş də etdik 3-3. Son dəqiqədə buraxdığımız qol bizi üzdü. Biraz üzülürəm buraxılan qollara, çünkü bu il bizdə əsas çatışmayan cəhət çox rahat qollar buraxmağımızdır. Yaxşı da qollar vurmuşuq, premyerliqada bu nəticəyə görə ikinci komandayıq. Amma çox da qol buraxmışıq, demək ki, bunun üzərində işləməliyik. 4-cü qoldakı epizod qayda pozuntusu idi. Hakim dedi ki, VAR-da baxdıq, top Brlajdi Pusinin əlinə dəyib. Bundan başqa da bir neçə epizod oldu. Bir tərəfdən xoşdur ki, "Qarabağ"la oyunlarda belə sərt mübarizələrə imkan verirlər. Amma son dəqiqədə belə qol buraxmaq çətin olur.

Ümumən ikinci dövrədə hakimlik səhivdən xallar itirdik. Belə olmasa idi rəqiblərimiz qarşısında tam başqa mövqedə olardıq. Demək ki, bunu da keçməliyik”. - deyə baş məşqçi açıqlamalar verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest