17 May 2024, 18:51
FUTBOL
"Fənərbaxça"dan "Real"a böyük ümidlərlə transfer olunan gənc ulduz Arda Gülerin bəxti yenidən üzünə gülüb. Matc.az xəbər verir ki, Madrid klubunda əsas heyətə düşməkdə çətinlik çəkən Ardaya İngiltərə nəhəngi “elçi düşüb”.
Premyer Liqa klubu ”Arsenal” türkiyəli futbolçu üçün ispaniyalılara 45 milyon avroluq təklif göndəriblər. Lakin, klubun rəhbəri Florentino Peresin bu təklifi rədd etdiyi bildirilir.
Qeyd edək ki, "Real” ilə 2029-cu ilə qədər müqaviləsi olan 19 yaşlı futbolçu "Fənərbaxça"dan bonuslar da daxil olmaqla 30 milyon avroya transfer olunub. Madrid nəhəngində 11 matçda cəmi 350 dəqiqə meydanda olan Arda Gülər 4 qola imza atmağı bacarıb.