17 May 2024, 17:31
FUTBOL
Yay fasiləsində daha bir neçə ulduz futbolçu Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, onlardan ikisi “Liverpul”da çıxış edir.
Belə ki, qapıçı Alison Bekker və hücumçu Məhəmməd Salah ərəb klublarının maraq dairəsindədi. Səudiyyə Ərəbistanı çempionatının iştirakçıları 31 yaşlı ulduz futbolçular uğrunda mübarizəyə qoşulublar. Onların yayda “Liverpul”u tərk etmələri istisna deyil.
Qeyd edək ki, bu mövsüm Alison bütün turnirlərdə 31, Salah isə 43 oyun keçirib. İkinci 25 qol vurub, 14 məhsuldar ötürmə verib.