17 May 2024, 13:27
FUTBOL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu gün baş tutan toplantıda I Liqada XXVI turun “Araz Saatlı” - “İmişli” oyununda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
Matçın 87-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyunluq, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyunluq cəzalanıb.
Braziliyalı futbolçusunun bu davranışına görə “İmişli”yə 300 manat cərimə kəsilib.