“Sarı-qırmızılı”lar bu oyuda ən azı bərabərə qalsalar çempionluğu təmin etmiş olacaqlar.
Türkiyə Superliqasının 37-ci turunda “Qalatasaray” doğma meydanda “Fənərbaxçan”nı qəbul edəcək. Matc.az xəbər verir ki, 6 xal fərqi ilə çempionluğa daha yaxın olan meydan sahiblərinin azarkeşlərinin qonaq komandaya sürprizi olacaq.
Belə ki, ev sahibləri Türkiyə tarixində bu günə qədər görülməmiş xareorafiya tərtibi hazırlayıblar. Məqsəd, rəqib komandanın əzmini qırmaq və çempionluğa daha yaxın olan “aslanlar”a ruh yüksəkliyi verməkdir.
“Sarı-qırmızılı”lar bu oyuda ən azı bərabərə qalsalar çempionluğu təmin etmiş olacaqlar.
Qeyd edək ki, sona iki tur qalmış “Qalatasaray” 99 xalla birinci, “Fənərbaxça” isə 93 xalla ikinci pillədə qərarlaşıb.