16 May 2024, 22:10
FUTBOL
Türkiyə I Liqasında çıxış edən "Boluspor"un heyətində yer alan Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin klubu Superliqaya yüksələ bilməyib.
Matc.az xəbər verir ki, komanda pley-off matçında "Bodrumspor"un qonağı olub. Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Beləliklə, "Boluspor" Superliqaya vəsiqə şansını itirib.
Qeyd edək ki, meydana start heyətində daxil olan Vüsal İsgəndərli 71-ci dəqiqədə əvəzlənib.