Birinci pillədə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldu qərarlaşıb. 39 yaşlı hücumçu cari ildə 260 milyon dollar qazanıb.
2024-cü ildə ən çox gəlir əldə edən idmançılarmüəyyənləşib.
Matc.az xəbər veir ki, bu barədə "Forbes" araşdırma aparıb.
Birinci pillədə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldu qərarlaşıb. 39 yaşlı hücumçu cari ildə 260 milyon dollar qazanıb.
İkinci yeri 218 milyon dollar illik gəlirlə ispaniyalı qolfçu Con Rahm tutub. Üçüncülükdə Lionel Messi var. İlk 10-luqda 5 futbolçu, 3 basketbolçu və bir qolfçu və 1 amerikan futbolçusu yer alıb.
1. Kriştiano Ronaldo (futbol, 39 yaş), $ 260 milyon
2. Con Ram (qolf, 29 yaş), $ 218 milyon
3. Lionel Messi (futbol, 36 yaş), $ 135 milyon
4. Lebron Ceyms (basketbol, 39 yaş), $ 128,2 milyon
5. Yannis Adetokunbo (basketbol, 29 yaş), $ 111 milyon
6. Kilian Mbappe (futbol, 25 yaş), $ 110 milyon
7. Neymar (futbol, 32 yaş), $ 108 milyon
8. Kərim Benzema (futbol, 36 yaş), $ 106 milyon
9. Stefen Karri (basketbol, 36 yaş), $ 102 milyon
10. Lamar Cekson (amerikan futbolu, 27 yaş), $ 100,5 milyon