16 May 2024, 19:02
FUTBOL
Futbol üzrə Azərbaycan I Liqasının XXVI turununun ilk günündə iki görüşü keçirilib.
Matc.az xəbər verir ki, turun mərkəzi matçında “Qaradağ Lökbatan” dogma meydanda “Şamaxı”nı qəbul edib.
Görüş qonaqların qələbəsi (2:3) ilə başa çatıb. Bu nəticənin ardından Şamaxı təmsilçisi xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində vahid liderliyə yüksəlib. Qaradağ təmsilçisi isə 53 xalda qalıb.
Günün digər görüşündə isə “İmişli” I Liqanın autsayderi “Araz Saatlı”nın qonağı olub. Ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, çempion olan komandanın adına sonuncu – XXVII turda aydınlıq gələcək.