İspaniya La Liqasında mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya yaşı 23 tamam olmayanlar salınıb.

La Liqa konkret olaraq 10 iddiaçını seçib. Bunlar Lamin Yamal, Pau Kubarsi (hər ikisi “Barselona”), Rodriqo (“Real”), Niko Uilyams (“Atletik”), Yan Kouto, Savio Moreyra, Migel Qutyerres (hamısı “Jirona”), Xavi Qerra (“Valensiya”), Conni Kardoso (“Betis”) və Takefusa Kubodu (“Real Sosyedad”).

Vinisius Junior, Cud Bellinqem (hər ikisi “Real”), Robert Levandovski (“Barselona”), Antuan Qrizmann (“Atletiko”), İsko (“Betis”) və Artyom Dovbik (“Jirona”) kimi oyunçular isə La Liqada mövsümün ən yaxşısı olmağa namizədlər sırasındadılar.

Qeyd edək ki, ən yaxşı gənc oyunçu mayın 28-də baş tutacaq mükafatlandırma mərasimində elan olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest